1 ulduz2 ulduz3 ulduz4 ulduz5 ulduz (7 оценок, среднее: 4,71 из 5)
Загрузка...

3D MAX proqramı

3D MAX proqramı

3D MAX kursunda  kino sənayesi və animasiya üçün layihələri müstəqil olaraq hazırlamağı öyrənəcəksiniz. 3D MAX kurslarının təhsil proqramı reklam roliklərinin, animasiya filmlərinin hazırlanması üsullarını əhatə edir.

Kursun proqramına bu paketlə işin bütün cəhətləri daxildir: müxtəlif mürəkkəbliyə malik üç ölçülü modellərin hazırlanması, materialların hazırlanması, səhnənin işıqlandırılması, animasiya və xüsusi effektlər.

3D Max təliminə dair məlumat

3D Max kurslarının davamiyyəti: 20 saat

3D  Max kurslarına qəbul üçün tələb olunan biliklər:

Kompüterdə işləməyi bacarma

3D  Max proqramı tam siyahısı:

  1. 3D Max interfeysi ilə tanışlıq.

  • 3D Max interfeysi: əsas menyu, alətlər paneli, əmr panelləri, proyeksiya pəncərələri, onların təyinatı və tarazlanması
  • 3D Max sistemində proyeksiya növləri. Ən sadə üç ölçülü səhnənin yaradılması
  • Koordinatlar şəbəkəsinin tarazlanması. 3D Max sistemində üç ölçülü məkan. Dünya və obyekt koordinat sistemi.

 

  1. Obyektlər

  • Üç ölçülü obyekt anlayışı. Obyektin üstü, yanları, hüdudları, onların görünməsi
  • Qabarit konteynerləri.
  • Obyekt kateqoriyaları, onların təyinatı. Obyektlərin adları. Sadə obyektlərin yaradılması, onların parametrlərinin təyini

 

  1. Obyektlərin və obyekt qruplarının dəyişməsi

  • Obyekt qruplarının yaradılması
  • Obyektlərin pəncərədə təsvirinin idarəsi.
  • Obyektlərin ayrılmasının növləri: çərçivə vasitəsilə, kateqoriyalarına görə, adlarına görə
  • Obyektlərin dəyişdirilməsi: yerinin dəyişməsi, miqyas, çevrilmə, dartınma – sıxılma, köçürmə.

 

  1. Mürəkkəb (Compound) obyektlərin yaradılması

  • Genişləndirilmiş memarlıq obyektləri. Foilage (bitkilər), Railing (məhəccərlər);
  • Standart memarlıq obyektləri. Stairs (pillələr). Pillələrin növləri, elementləri, parametrləri

 

  1. Obyektlərin modifikatorları

  • Modifikatorların növləri və təyinatları, Modify (dəyişdirmə) əmr paneli
  • Modifikatorların şəbəkə pəncərəsi
  • Splaynların yaradılması əsasları
  • Splaynların redaktəsi. “Edit Spline” modifikatoru
  • Splaynlardan obyektlərin yaradılması. “Extrude” modifikatoru
  • Üç ölçülü modifikatorlar (məsələn Lathe, Bevel, Bevel Profile).
  • Modifikatorların köməyi ilə obyektlərin üç ölçülü redaktəsi (məsələn Edit mesh, Edit patсh).
  • Lofting, Surface, Gross section funksiyaları köməyi ilə mürəkkəb obyektlərin yaradılması

 

  1. Materiallar

  • Materialların növləri
  • Materialların kitabxanaları
  • Materialların və tekstura xəritələrinin təyinatı
  • Koordinat bağlanmasının təyinatı və redaktəsi. Koordinat bağlanmasının kanalları
  • Materiallarda xəritələrin təyinatı
  • Materialların redaktoru. Materialların parametrlərinin və tekstura xəritələrinin tənzimlənməsi
  • Materialların obyektlərə təyin edilməsi
  • Çoxkomponentli materialların yaradılması
  • Materiallarda əks edilmələrin və sınmaların yaradılması

 

  1. İşıq mənbəyi

  • İşıq mənbələrinin növləri. Səhnənin standart işıqlandırılması
  • İşıq mənbələrinin yaradılması, parametrlərin tənzimlənməsi
  • Gün işığı mənbələri qrupu. Günəş işığının modelləşdirilməsi
  • Obyektlərin kölgələrinin idarəsi
  • “Radiosity” paneli. “Radiosity Override” materialı. Saxlanma müddətinə nəzarət

 

  1. Obyektlərin animasiyası (canlandırılması)

  • “Track View” pəncərəsinin interfeysi və əsas imkanları
  • Set key, Auto key köməyi ilə animasiya. “Track View” pəncərəsində iş rejimi: Curve Editor və Dope Sheet Animasiyanın qapanması növləri. Əyrilərə “Ease” və “Multiplier” funksiyalarının tətbiqi
  • Əsas animasiya nəzarətçilərindən istifadə. Məhdudlaşdırıcılar (Constraints) və nəzarətçilər
  • Animasiyaya səsin əlavə edilməsi
  • Görünmə treklərinin əlavəsi.
  • “Motion” paneli

 

  1. Çəkiliş kameraları
  2. Kameranın yaradılması
  3. Təsvirin kəskinliyinin dərinliyi
  4. Kameranı idarə: panoramlaşdırma, yaxınlaşma və uzaqdan çəkiliş
  5. Animasiyaya dair ümumi məlumat
  6. Səhnənin vizualisasiyası. Rendering

 

  • Tarazlanmadan vizualizasiya
  • Vizualizasiyanı idarə vasitələri
  • Tekstur parametrləri və səhnə fonunun tənzimlənməsi
  • Səhnədə fonun təyini. Ətraf mühitin effektləri (partlayışlar, alov, duman)

 

  1. Sınaq: üç ölçülü modelin hazırlanması

 

Qiyməti: Fərdi – 80 manat (1 ay), Qrup – 60 manat (1 ay)

3D  Max kurslarında dərslərin vaxtı:

Saat 9-00-dan 20-00-a qədər