1 ulduz2 ulduz3 ulduz4 ulduz5 ulduz (9 оценок, среднее: 4,89 из 5)
Загрузка...

Auto CAD


Autocad kursu mexanika, inşaat, xəritə, elektrik, elektronika, sənaye mühəndisləri və texnikləri, daxili və xarici memarlar və texniki rəssamlar üçün nəzərdə tutulur.

Tələbələrimiz Autocad kursunu bitirməklə Autocad proqramının bir çox detallarını öyrənmiş olacaqlar. Bununla mexanika, inşaat, memarlıq və digər sektorlarda bütün texniki qrafikləri və çertyojları 2 və ya 3 ölşülü olmaqla düzgün şəkildə qura biləcəklər.

AutoCAD kurslarının davamiyyəti:

20 saat

AutoCAD kurslarına qəbul üçün tələb olunan biliklər:

Kompüterdə işləməyi bacarma

AutoCAD kurslarının sonunda verilən ixtisas (peşə)

Diplom verilir

AutoCAD kurslarında məşğələlərin cədvəli:

Gündə 1 saat olmaqla həftədə 3 dəfə. Ümumi kurs – 20 saat

AutoCAD kurslarında məşğələlərin vaxtı

Saat 9-00-dan 20-00-a qədər

 

AutoCAD kursunun təlim proqramı

  1. AutoCAD sisteminə giriş.

  • Paketin təyinatı, onun imkanları.
  • Sistemin yüklənməsi. Başlanğıc dialoq pəncərəsi
  • Ekranın sahələri. Dünya və istifadəçi koordinat sistemləri. Menyu, sətrlər və alət panelləri. İlkin tənzimləmə.
  • Əmr sətrləri, mətn pəncərəsi, proqramla dialoq. AutoCAD işin səciyyəvi xassələri.
  • İşin başa çatdırılması və təsvirlərin yaddaşa yazılması. AutoCAD proqramında istifadə edilən fayl növləri

 

  1. Cizginin hazırlanması – AutoCAD proqramının əsas təyinatı

  • Mövcud cizgilərin açılması. Problem yaranan zaman tədbirlər.
  • Yeni cizgilərin yaradılması. Hazır cizgilərin və ya onların fraqmentlərinin daxil edilməsi. Şəkillərin daxil edilməsi.
  • Xarici istinadlar. Vektor və raster qrafikasının əsas fərqi
  • Cizginin təzələnməsi və yenidən yaradılması
  • Təsvirlərin ölçüsünün dəyişdirilməsi və panoramı. Koordinatların daxil edilmə üsulları.
  • Səhv əmrlərin ləğvi. Əmrlərin geri qaytarılması

 

  1. Obyektlərin əsas xassələri

  • Layların təyinatı. Layların yaradılması və onlarla iş
  • Obyektlərin rənginin cizgilərdə istifadəsinin mənası
  • Xətt növünün seçilməsi və yüklənməsi. Obyektlərə xətt növünün təyini
  • Obyektlərin xassələrini redaktə etmə imkanları

 

  1. Qrafik primitivlər təsvirin əsası kimi.

  • Sadə primitivlər və onların qurulması
  • Tərkibi primitivlər: qurulması və bölünməsi

 

  1. Mürəkkəb qrafik primitivlər.

  • Tək xətlə işin səciyyəsi.
  • Çox saylı xətlərlə işin səciyyəsi.
  • Ştrixlərlə işin səciyyəsi.

 

  1. Təsvirlərin redaktəsi üçün vasitələr

  • Redaktə əmrləri.
  • Qələmlərin (nişanlayıcının) köməyi ilə redaktə

 

  1. Rejimlərin tənzimlənməsi və əməli çəkmə üsulları (sxemin cizgisi misalında).

  • Təsvirlərin ölçü və miqyas vahidlərinin şərtiliyi.
  • Obyektlərin əlaqələndirilməsi mexanizmi
  • Təsvirin sərhədlərinin təyini və tənzimlənməsi
  • Cizgilərin standart formatları

 

  1. Kiçik ekranda böyük və mürəkkəb təsvirlə səmərə ilə işləməni təmin edən sistemin imkanları (sxemin cizgisi misalında)

  • Obyektlərin seçilmə mexanizmi (siklik seçim, seçim açarları, obyektin seçilmə süzgəcləri)
  • Obyektlərin qruplaşdırılması.
  • Ad verilmiş növlərin yaradılması.

 

  1. Cizginin konstruktor sənədi kimi yaradılması (sxemin cizgisi misalında).

  • Vərəqin sahəsi (modelin sahəsindən fərqli olaraq).
  • Mətn məlumatının daxil edilməsi
  • AutoCAD mətn redaktoru pəncərəsində iş

 

  1. Blokların yaradılması və istifadəsi (cizginin əsas yazısı misalında).

  • Cizgilərdə bloklardan istifadə üstünlüyü.
  • Blokların yaradılması və daxil edilməsi
  • Blokların parametrləri, onların yaradılması və redaktəsi
  • Xarici bloklardan istifadə.
  • Fayl şablonların yaradılması

 

  1. İstifadəçinin koordinat sisteminin yaradılması və onlarla iş üsulları (tikinti cizgisi misalında).

  • Çoxsaylı istifadəçi koordinat sistemlərinin yaradılması.
  • Nazik xətlərlə işlənmiş cizginin üstündən çəkmə üsulları.

 

  1. Cizgilərdə ölçülərin qoyulması (tikinti cizgisi misalında).

  • Ölçü üslublarının tarazlanması
  • Ayrı-ayrı ölçülərin, ümumi baza ölçülərinin və ölçü zəncirlərinin hazırlanması
  • Ölçülərin redaktəsi.

 

  1. Çəkiliş rejimlərinin və ölçü üslublarının tarazlığının xüsusiyyətləri (maşınqayırma cizgiləri misalında)

  • Ölçü üslublarının tarazlanmasının səciyyəsi
  • Ölçülərin və yayınma hüdudlarının daxil edilməsi
  • Cizgilərdə səthin yol verilən forma və yerləşməsinin göstərilməsi

 

  1. Cizginin çap surətinin alınması (maşınqayırma cizgiləri misalında).

  • AutoCAD proqramında yaradılmış təsvirlərin printerə/plotterə verilməsi.
  • “Print/Plot Configuration” dialoq pəncərəsinin variantlarının tarazlanması

 

  1. AutoCAD proqramında üç ölçülü qrafikanın imkanlarının qiymətləndirilməsi (obyektlərin sərt gövdəli modellərinin misalında)

  • Üç ölçülü obyekt səthlərin və ya bərk cisimlərin birləşməsi kimi
  • Sərt gövdəli primitivlər
  • Mürəkkəb obyektlərin yaradılması əmrləri
  • Üç ölçülü obyektlərin ekranda təsviri.

Qiyməti: Fərdi – 80 manat (1 ay),Qrup – 60 manat (1 ay)