1 ulduz2 ulduz3 ulduz4 ulduz5 ulduz (13 оценок, среднее: 4,92 из 5)
Загрузка...

İngilis dili

İmperator Tədris Mərkəzi bütün yaş qrupları üzrə başlanğıc səviyyədən professional səviyyəyə qədər təcrübəli müəllimlərin köməyi ilə ingilis dili kursları tədris edir. 10 ildən çox təcrübəyə dayanaraq İmperator Tədris  Mərkəzlərinin istifadə etdiyi metod və vəsaitlər bütün avropa dil proqramlarına uyğundur və tələbələrimiz avropaya getdikdə və ya biliklərinin daha genişləndirilməsi üçün Avropada davam etdirdikdə heç bir çətinlik çəkmir. Məktəblərimizin bütün proqramları Avropa Dil Proqramı tərəfindən yoxlanılır. Bizim məktləblərimiz Azərbaycanda yeganə mərkəzdir ki, Avropa Dil Proqrmlarının məsləhətləri əsasında işləyir.

Ümumi ingilis dili hər səviyyə üçün 3 ay davam edir amma tələbələr əksər hallarda 2 ay ərzində səviyyəni uğurla başa vururlar. Tələbələr hər həftə müəllimləri tərəfindən inkişaf testindən keçirlər və müəllimlər tələbələrinin ingilis dili biliyinin zəif nöqtələrini təyin edərək, onları daha çox inkişaf etdirirlər. Beləliklə, tələbələr maksimal qarantiya ilə ingilis dili kursunu 1 il 3 ay ərzində və ya normal hallarda 1 il ərzində bitirə bilərlər.

Hər ingilis dili pilləsinə görə 3 ay zamanət verilir. Təyin olunmuş müddətdə tələbə lazım olan pilləyə çatmadıqda şirkət tərəfindən ödənişsiz dərslər keçirilir. Dil hazırlığına yazılmaq istəyən şəxs mütləq həm şifahi, həm yazılı imtahandan keçməlıdır. Sonra hər 3 və 12 dərsdən bir tələbə Progress imtahanından keçməlidir. Tələbə lazım olan pilləni bitidikdə Online Oksford Sertifikat imtahan verməlidir. 

Xüsusi dərsliklərimiz tələbənin dil bacarıqlarını hərtərəfli inkişaf etdirir. Hər dərsdə 5 bölmə (danışıq, dinləmə, oxu, yazı, qramatika ) keçirilir. Müəllimlər Oksford universiteti tərəfindən hazırlanan metodik kitablardan istifadə edirlər. Kitablar hər pilləyə uyğun dərs planlarını və necə keçirilməsini izah edir.  Əgər verilən müddət ərzində tələbə lazım olan mərhələni keçə bilmirsə, bu zaman qarantiya tələbi olaraq şirkət tələbəyə həmin mərhələyə çatana kimi ödənişsiz kurslar təşkil edir.

Yüksək texnoloji və praktik  imkanlarla təchiz edilmiş beynəlxalq və yerli müəllimlərlə birlikdə  biz sizin ingilis dili biliyinizin  Avropa Dil Standartlarına uyğun arzu edilən dərəcəyə çatdırılmasına tam zəmanət veririk.

Dərslərimiz həftədə 3 dəfə 1 saat olmaqla keçirilir.

Kurs 3 nəfərlik qrup üçün aylıq 40 AZN,

2 nəfərlik qrup üçün 50 AZN,

fərdi olaraq isə 60 AZN təşkil edir.